Fevralın 3-də Estoniyanın Vinni şəhərində start götürmüş sumo üzrə böyüklər arasında Avropa kuboku yarışına yekun vurulub. Turnirdə Azərbaycan, Polşa, Ukrayna, Almaniya, Norveç, Macarıstanın, İtaliya və Estoniyadan 150-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan təmsilçisi Camal Feyziyev (+115 kq) yarışda uğurla çıxış edib. İdmançımız əzmlə mübarizə apararaq bütün rəqiblərini məğlub edib və Avropa kubokuna sahib çıxıb. Camal Feyziyev mütləq çəki dərəcəsində də eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.