Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Həmçinin komandalar meydana qara sarğı ilə çıxıblar.”Neftçi İdman Klubu” bu turda “Xarıbülbül” komandası ilə qarşılaşıb. Görüşdə voleybolçularımız 3:1 (23:25, 25:13, 14:25, 23:25) hesabı ilə qələbə qazanıblar.