Beynəlxalq Cüdo Federasiyasının Olimpiya təsnifat dövrü üçün Olimpiya dünya reytinq siyahısı yenilənib.Olimpiya reytinq cədvəlinə əsasən “Neftçi İdman Klubu”nun iki cüdoçusu ilk beşlikdə yer alıb. Belə ki, təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) hazırda ikinci pillədədir. Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) isə dördüncü pillədə qərarlaşıb.Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.Qeyd edək ki, Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.