Cüdo üzrə 21 yaşadək gənclər arasında keçirilən Azərbaycan birinciliyi sona yetib.Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda respublikanın 64 klub, cəmiyyət və idman təşkilatından 245 cüdoçu 16 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri yarışda uğurla çıxış edərək 9 medala (5 qızıl, 1 gümüş, 3 bürünc) yiyələniblər və ümumkomanda hesabında birinci yeri tutublar.Cüdoçularımızdan Nurlan Kərimli (60 kq), Elnur Qasilov (73 kq), Rita Əliyeva (52 kq), Leyla Atayeva (63 kq) və Nigar Süleymanova (+73 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Məhəmməd Məmmədzadə (+100 kq) gümüş medala layiq görülüb. Digər idmançılarımız – Amin İsmayılov (55 kq), Camal Bağışov və Nahid Tarquliyev (hər ikisi 81 kq) isə yarışı üçüncü pillədə başa vurublar.