Almaniyanın Brandenburq şəhərində sumo üzrə Avropa kuboku yarışı keçirilib. Turnirdə Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan, Macarıstan, Bolqarıstan, Fransa, İtaliya, Norveç və Almaniyadan 200-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirməsi, yarışda ölkəmizi təmsil edən yeganə idmançı Çingiz Səmədov (100 kq) inamla çıxış edərək böyük uğura imza atıb. Təmsilçimiz bütün rəqiblərini məğlubiyyətə uğradaraq Avropa kubokunun qalibi olub.