Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri davam edir.Ənənəvi yarışda “Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan sərbəst güləşçisi İntiqam Vəlizadə (61 kq) inamla çıxış edib. Belə ki, pəhləvanımız israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala qədər irəliləyib. Həlledici qarşılaşmada türkiyəli Recep Topala (1:4) məğlub olan güləşçimiz turnirin gümüş medalına layiq görülüb.İbrahim Yusubov (92 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.