Yeniyetmələr (2009-2011)  arasında yunan-Roma güləşi üzrə “Neftçi İdman Klubu”nun birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və Suraxanı  qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin güləş  zalında keçirilən yarışda idmançılar  10 çəki dərəcəsi üzrə mübarizə aparıblar.Birincilikdə Bağban Əliyev (29 kq), Xoşbəxt Məmmədov (32 kq), Sadiq Vəlizadə (35 kq), Nihad Həsənli (38 kq), Yusif Məmmədli (41 kq), Rza Şiriyev (44 kq), Məhəmməd Alıyev (48 kq), Renat Xıyırov (52 kq), Rüsgar Dəmirov (57 kq) və Babək Nəsibov (62 kq) bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıblar.Qeyd edək ki, qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.Medalçıları təqdim edirik:29 kq1. Əliyev Bağban2. Salmanov Uğur3. Tağıyev Həsən3. Tağıyev Hüseyn32 kq1. Məmmədov Xoşbəxt2. Məmmədov Sabir3. Nəbiyev Binyamin3. Zülfüqarlı Əli35 kq1. Vəlizadə Sadiq2. Salahov Ramiz3. Xanmirzəyev Amin3. Mustafayev Mövlud38 kq1. Həsənli Nihad2  Ələkbərli İbrahim3. Əhmədzadə Hüseyn3. Məcnunov Elçin41 kq1. Məmmədli Yusif2. Vəlizadə Mehman3. Abdullayev Amin3  Fərzullazadə Xəzər44 kq1. Şiriyev Rza2. Nəsibov Hüseyn3. Əlisoy Məmməd3. Allahverdiyev Eldəniz48 kq1. Alıyev Məhəmməd2. İmaməliyev Pünhan3. Məmmədov Arif3. Sultanov Əbdülrəhman52 kq1. Xıyırov Renat2. Qubadov Nihad3. Səfərov Rəman3. Hüseynov Adəm57 kq1. Dəmirov Rüsgar2. Rzayev Sabir3. Quliyev Nail3. Əmirov Tanrıverdi+62 kq1. Nəsibov Babək2. Fərəcli Əbülfəz3. Məmmədov Vagif3. Həsənov Əli