Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir.Bu gün yarışın pley-off  mərhələsinin oyunlarına start verilib.SOCAR-ın komandası bu mərhələnin oyunları çərçivəsində Mədəniyyət Nazirliyinin kollektivi ilə üz-üzə gəlib. Səkkizinci  mikrorayondakı  “Azfar” stadionunda keçirilən qarşılaşma əvvəldən matçın sonuna  qədər “SOCAR”-ın aşkar üstünlüyü şəraitində keçib və təmsilçimiz rəqibi üzərində böyük hesablı qələbə qazanıb – 6:1. Komandamızın heyətində Kənan Əliyev dubla imza atıb. Ramin İsmayılov, Ömər Balacayev, Elnur Hüseynov və Ramil Mansurov isə hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.Qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.