“Neftçi İdman Klubu”nun təmsilçisi Kənan İsmayılov  İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə açıq Avropa turnirində bürünc medal qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz  bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib və fəxri kürsünün üçüncü pilləsində yer alıb.