“Neftçi İdman Klubu”nun paracüdoçusu  Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində böyük uğura imza atıb. Yetmiş üç  kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün  rəqiblərini məğlub edərək yarışın qızıl medalına sahib olub.Qeyd edək ki, martın 16-dək davam edəcək turnir Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.