“Neftçi İdman Klubu”nun  yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb. Yetmiş yeddi kiloqram çəki dərəcəsində çıxış edən idmançımız inamla mübarizə apararaq finala qədər irəliləyib. Təmsilçimiz əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan pəhləvanımız həlledici qarşılaşmada  moldovalı Aleksandrin Qutunu sınağa çəkib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan Xasay Həsənli fəxri kürsünün ikinci pilləsində yer alıb.