Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələri turnirin iki medalına (1 qızıl, 1 bürünc) yiyələniblər. Yeniyetmə cüdoçularımızdan Süleyman Şükürov (73 kq) böyük əzmkarlıq nümayiş etdirərək finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada polşalı Şimon Brzuszczynskini də məğlub edərək qızıl medal qazanıb. Digər cüdoçumuz Əhməd Rüstəmov (50 kq) isə turnirin bürünc medalına layiq görülüb. O, üçüncü yer uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gəlib.Qeyd edək ki, 35 ölkədən 894 cüdoçunun qatıldığı yarışda Azərbaycan 50 idmançı ilə təmsil olunub.