SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin qadın işçiləri arasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama turnirinə start verilib. Suraxanı rayonundakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Komleksində keçirilən və martın 16-dək davam edəcək yarışda 9 komandanın tərkibində 21 iştirakçı qalib adı uğrunda mübarizə aparır.Qeyd edək ki, birinci, ikinci və üçüncü yeri tutmuş yarış iştirakçıları “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.