Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güıəş üzrə U-23 Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun  yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) mötəbər turnirdə uğurla çıxış edərək finala vəsiqə qazanıb. İdmançımız həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edən Eımir Əliyev qitə çempionu olub.Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən  Xasay Həsənli (77 kq) turnirin gümüş medalını qazanıb.