SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin qadın işçiləri arasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama turnirinə yekun vurulub. Suraxanı rayonundakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Komleksində keçirilən yarışda 9 komandanın (Heydər Əliyev adına Neft Emalı Zavodu, Kompleks Qazma İşləri Tresti, Sosial İnkişaf İdarəsi, “Azneft” İstehsalat Birliyi, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, “Qaz İxrac” İdarəsi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Sənaye Təhlükəsizlik İdarəsi, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi) tərkibində 21 iştirakçı bacarığını nümayiş etdirib.Arzu Orucova (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Elmira Cabbarova (Heydər Əliyev adına Neft Emalı Zavodu) ikinci, Gülgəz Təhməzova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) və Gülnarə Abasquliyeva (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə üçüncü yeri tutublar.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.