“Neftçi İdman Klubu”nun qadın cüdoçusu Gültac Məmmədəliyeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Mötəbər yarışda əlli iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə çinli Yeqing Zhunu məğlubiyyətə uğradıb.Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə  martın 26-da yekun vurulacaq.