Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, dövlət qurumları arasında keçirilən minifutbol turnirinin ikinci mərhələsində birinci turun oyunlarına yekun vurulub.B qrupunda yer alan “SOCAR” komandası “Azərişıq” ASC-nin kollektivi ilə qarşılaşıb. Böyükşordakı “Azfar” meydançasında təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Daha inamlı çıxış edən təmsilçimiz güclü rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. “SOCAR”-ın heyətində Elnur Hüseynov dubla imza atıb. Digər topu isə Ramil Mansurov “Azərişıq” komandasının qapısından keçirib.Qeyd edək ki, minifutbol turnirinə mayın 6-da yekun vurulacaq.