Bakı İdman Sarayında güləş üzrə on yeddi yaşadək yeniyetmələr (U-17) arasında Azərbaycan birinciliyi davam edir. Artıq sərbəst güləş yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələri inamla çıxış edərək turnirin 5 qızıl, 1 gümüş və 5 bürünc medalına sahib olublar. Yeniyetmə pəhləvanlarımızdan Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), İsmayıl Rəhimli (71 kq) və Yusif Dursunov (110 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımızdan Ağa Qasımov (60 kq) gümüş, Muhamməd İsmayılov (48 kq), Sadiq Hüseynov (51 kq), Elcan İsmayılzadə (55 kq), Heydərəli Seyidov (71 kq) və Amin Nəsibov (80 kq) isə bürünc medala layiq görülüblər.