Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin ikinci mərhələsində qrup oyunları davam edir.Bu gün B qrupunda təmsil olunan SOCAR ikinci tur çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin komandası ilə qarşı-qarşıya gəlib. Böyükşor bulvarındakı “Azfar” stadionunda gerçəkləşən matç daha əzmkar mübarizə aparan SOCAR-ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Kənan Əliyev iki, Ramil Mansurov isə bir dəfə rəqib qapısının torunu silkələyib.Qeyd edək ki, minifutbol turniri mayın 6-dək davam edəcək.