Futbol üzrə Azərbaycan I Divizionunda XXIII turun oyunları keçirilir.”Qaradağ Lökbatan” bu tur çərçivəsində  “Sumqayıt-2” komandası ilə üz-üzə gəlib. Sumqayıt şəhərindəki “Kapital Bank Arena”nın ehtiyat meydançasında təşkil olunan qarşılaşmada “Qaradağ Lökbatan” rəqibi üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Nihad Ağayev (57′), Ramin Məhərrəmli (65′) və Ceyhun Muxtarlı (82′) fərqləniblər.