Energetika Nazirliyinin təşkilatçılığı ilə  energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində ikinci turun oyunları keçirilib.SOCAR bu turda Energetika Nazirliyinin komandasını sınağa çəkib. Yeddinci mikrorayondakı “Azfar” stadionunda  gerçəkləşən matç  təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Nəticədə qarşılaşma SOCAR-ın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 9:0. Təmsilçimizin heyətində Mehman Baxşıyev və Fikrət Zeynallı het-trik ediblər. Namiq Qocayev iki, Səbuhi Əlirzayev isə bir dəfə rəqib qapısına yol tapıb.