Çexiyanın Teplis şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Süleyman Şükürov turnirdə böyük uğura imza atıb. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən idmançımız inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və mötəbər yarışın qızıl medalına sahib çıxıb.