Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının  final mərhələsində  medallar uğrunda ilk oyunlar keçirilib.Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Neftçi İdman Klubu” və MOİK komandaları arasında bürünc medal uğrunda ilk görüş baş tutub. “Neftçi İdman Klubu”   rəqibinə heç bir şans verməyib və 3:0 (25:19, 25:18, 26:24) hesabı ilə qalib gəlib.Qeyd edək ki, final mərhələsi üç qələbəyə kimi oynanılacaq.