Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında  kikboksinq üzrə “Zəfər kuboku” turniri keçirilib. Yarışda 42 komandadan 650 idmançı qalib adı uğrunda mübarizə aparıb.Turnirə 30 nəfərlə qatılan “Neftçi İdman Klubu”nun kikboksçuları 8 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar və komanda hesabında birinci yeri tutublar.Təmsilçilərimizdən Məhəmməd Dinbazov (20 kq), Sənan İsgəndərov (30 kq), Ağaismayıl Hüseynov (32 kq), Sahil Cəfərov (37 kq), Əli Əsgərli (39 kq), Aydın Əsgərli (+47 kq), Əbülfəz Yaqubov (51 kq) və Fəridə Quliyeva (42 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız – Süleyman Hüseynli (29 kq), Cavad Əliyev (32 kq), Ömər Əsgərli (42 kq), Yusif Məmmədzadə (45 kq) gümüş, Vüsal Qurbanov (37 kq), Uğur Talıblı (42 kq) və Eyyub Musayev (51 kq) isə yarışın bürünc medalını əldə ediblər.