Bu gün Azərbaycan I Divizionunda XXIV turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” bu turda  “Zirə-2” komandasının qonağı olub. Binə qəsəbə stadionunda keçirilən matçda qapılara qol vurulmayıb və qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.