Bu gün futbol üzrə
Azərbaycan çempionatının Birinci Divizionunda VIII turun oyunlarına start
verilib.Liderlərin yaxın izləyicilərindən
olan “Qaradağ Lökbatan” komandası turnir cədvəlinin şəriksiz lideri olan
“Neftçala”nı qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasının stadionunda keçirilən qarşılaşmada komandamız əzmkar oyun nümayiş
etdirməsi ilə diqqət çəkib. İlk hissə 1:1 hesablı bərabərliklə nəticələnsə də,
ikinci hissə bütünlüklə komandamızın diqtəsi altında
keçib və Əfqan Talıbovun yetirmələri güclü rəqibi daha 2 dəfə mərkəzə dəvət etməyi
bacarıblar. Nəticədə komandamız görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.Hazırda “Qaradağ
Lökbatan”ın 19 xalı var.