Futzal üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib.”Neftçi İdman Klubu”  bu mərhələdə  “Şamaxı” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüşdə əzmlə  mübarizə aparan təmsilçimiz rəqibinə 7:4 hesabı ilə qalib gəlib və  yarımfinala yüksəlib.