Energetika Nazirliyinin təşkilatçılığı ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin qrup mərhələsində sonuncu turun oyunları keçirilib.Bu tur çərçivəsində SOCAR “Azərenerji” ASC-nin komandası ilə qarşılaşıb. Yeddinci mikrorayondakı “Azfar” stadionunda baş tutan görüşdə təmsilçimiz böyükhesablı qələbə qazanıb – 9:0. Təmsilçimizin heyətində Mehman Baxşıyev 4, Namiq Qocayev 2, Rəşad Əliyev və Nicat Həsənov isə hərəyə bir dəfə fərqləniblər. Rəqibin heyətində isə bir avtoqol qeydə alınıb. Beləliklə, komandamız yarımfinala yüksəlib.