“Neftçi İdman Klubu” olaraq, Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılmasını sərt şəkildə qınayır və bu hadisəyə görə təəssüflənirik. Bütün dünyada idman sülh, birlik və dostluğun vəhdətini təşkil edir. Təəssüf ki, Ermənistanda idman hadisəsi neqativ anlarla yadda qaldı.Bu hadisənin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi və bunun ölkə ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi isə bu ölkədə etnik nifrətin və rasizmin nə qədər güclü olduğunun açıq təzahürüdür.Ermənilər idmançılarımızın təhlükəsizliyinə dövlət zəmanəti vermişdilər. Ancaq heç açılış mərasimində belə vədlərinə əməl edə bilmədilər.Beynəlxalq ictimaiyyət bu barbarlıq əməlini kəskin şəkildə pisləməli, həmin  cinayət əməlini törədən Aram Nikolyan və digərləri məsuliyyətə cəlb olunmalıdırlar.Belə bir halın baş verməsi Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığının əyani sübutudur.Hesab edirik ki, Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər.