Azərbaycan Memarlıq və İnşaat  Universitetinin idman zalında 3×3 basketbol üzrə Qadınlar Liqasının final oyunları keçirilib.Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə dairəvi sistem üzrə  gerçəkləşən yarışda “Neftçi İdman Klubu”nun basketbol komandası gümüş medala layiq görülüb.Qeyd edək ki, Qadınlar Liqasında yeddi komanda mübarizə aparırdı ki, onlardan da dördü final mərhələsinə vəsiqə qazanmışdı.