Futbol üzrə Azərbaycan I Divizionunda XXV turun oyunlarına start verilib.Bu turda “Qaradağ Lökbatan” “Turan Tovuz-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan matç təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib və komandamızın 3:0 hesablı qələbəsi ilə sona yetib. Futbolçularımızdan Ceyhun Muxtarlı (2′), Mehdi Haşumov (28′) və Urfan İsmayılov (53′) adlarını tabloya yazdırıblar.