“Neftçi İdman Klubu”nun təmsilçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. Belə ki, yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir.Xatırladaq ki, daha əvvəl Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Xetaq Qazyumov və Cəbrail Həsənov da üç dəfə Avropa çempionu adına sahib olublar. Hazırda onlar idmançı karyeralarını başa vurublar.