Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ölkə çempionatına yekun vurulub. Bu gün medallar uğrunda son oyunlar keçirilib.Voleybol Mərkəzində təşkil olunan qarşılaşmalarda “Neftçi İdman Klubu” bürünc medal uğrunda MOİK-lə üz-üzə gəlib. Böyük əzmkarlıq nümayiş etdirən təmsilçimiz rəqibinə 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə qalib gəlib və Azərbaycan çempionatının bürünc medalına sahib olub.Qeyd edək ki, komandamız üçüncü yer uğrunda əvvəlki iki görüşdə MOİK-i müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə məğlub edib.