Futzal üzrə Yüksək Liqada XVIII turun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu” “U-19” komandası ilə üz-üzə gəlib. “Olimpik Star”da təşkil olunan  qarşılaşma təmsilçimizin 8:4 hesablı qləbəsi ilə sona çatıb. Futzalçılarımızdan Ülvi Əliyev (4:27, 20:58), Məhəmməd Abbasov (6:41, 7:08), Mirzə Əmirov  (16:13, 26:38), Namiq Məmmədkərimov  (28:33) və Fərid Atakişiyev (29:57) adlarını tabloya yazdırıblar.