2008-ci il təvəllüdlü və daha kiçikyaşlı idmançılar arasında qılıncoynatma üzrə  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Təhsil” RİM 7 saylı İOEUGİM-in  açıq birinciliyi keçirilib.Texniki Universitetin İdman Sarayında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun kiçikyaşlı sablyaçısı Cavid Mirzə gümüş medala layiq görülüb.