Energetika Nazirliyinin təşkilatçılığı ilə  energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində yarımfinal mərhələsinin  oyunları keçirildi.SOCAR bu mərhələdə  “Azəristiliktəchizat” ASC-nin komandası ilə üz-üzə gəldi. Yeddinci mikrorayondakı “Azfar” stadionunda rellaşan  qarşılaşmada zövq oxşayan oyunu ilə rəqibini aşkar üstələyən  təmsilçimiz yenə də  böyükhesablı qələbə qazandı – 10:1. Komandamızın  heyətində Mehman Baxşıyev 4, Rəşad Əliyev və Nicat Həsənov hərəyə 2, Fikrət Zeynallı iləNurlan Qurbanov isə hərəyə bir dəfə fərqləndilər.Bununla da SOCAR komandası finala vəsiqəni təmin etdi.Qeyd edək ki, komandamız mayın 6-da keçiriləcək final görüşündə “Azərişıq”la üz-üzə gələcək.