“Neftçi İdman Klubu”nun paralimpiyaçısı, Milli Paralimpiya Komitəsinin parapauerliftinq idman növü üzrə milli komandasının üzvü Pərvin Məmmədov Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda 49 kiloqram çəki dərəcəsində fərdi kateqoriyada 148 kiloqram nəticə göstərərək gümüş medal qazanıb. Eyni zamanda, idmançımız ümumi kateqoriyada 148 kiloqram nəticə ilə üçüncü yeri tutub.