Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan birinciliyi davam edir. Şağan Olimpiya İdman Kompleksində keçirilən turnirdə sərbəst güləş yarışlarına yekun vurulub. Birincilikdə  341 idmançı 10 çəki dərəcəsi üzrə  mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri respublika birinciliyini 5 medalla başa vurublar. Kiçikyaşlı pəhləvanlarımızdan Rəşid Nazarov (41 kq) və Amin Nəsibov (85 kq) məğlubiyyət tanımayarq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Məhəmməd Ələkbərli (57 kq) gümüş, Nurlan Məmmədov (52 kq) və Orxan Qeysov (75 kq) isə bürünc medala sahib olublar.