Gənclər və İdman Nazirliyinin  təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş, dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub.Bu gün Bakı Tennis Akademiyasında reallaşan üçüncü yer uğrunda qarşılaşmada SOCAR Dövlət Gömrük Komitəsinin komandası ilə qalib adına aydınlıq gətirib. Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda vurulan yeganə qola futbolçumuz Amil Abbasov imza atıb.Beləliklə, SOCAR  53 komandanın qatıldığı dövlət qurumları arasında təşkil olunan turnirin bürünc medalına sahib olub.Xatırladaq ki, SOCAR-ın digər komandası Energetika Nazirliyinin təşkilatçılığı ilə keçirilən eyniadlı turnirin qalibi adını qazanmışdı.