Energetika Nazirliyinin təşkilatçılığı ilə  energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.Bu gün keçirilən həlledici final qarşılaşmasında SOCAR və  “Azərişıq” komandaları ilə üz-üzə gəlib. Yeddinci mikrorayondakı “Azfar” stadionunda təşkil olunan görüşdə əvvəldən axıra qədər gərgin idman mübarizəsi müşahidə olunub. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından və qalib müəyyənləşmədiyindən penaltilər  seriyasına müraciət olunub. Burada daha dəqiq oynayan təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib.Beləliklə, SOCAR komandası minifutbol turnirinin qalibi olub. “Azərişıq” ikinci, “Azəristiliktəchizat” komandası isə üçüncü yeri tutub.Sonda düzənlənən mükafatlandırma  mərasimində 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalara kubok, diplom və medallar təqdim olunub.Qeyd edək ki, SOCAR  komandasının  heyətində Mehman Baxşıyev “Turnirin bombardiri”, Teymur Mirzəyev isə “Turnirin ən yaxşı qapıçısı” nominasiyasının qalibi olub.