“Neftçi İdman Klubu”nun paralimpiyaçısı Roman Saley dünya rekorduna imza atıb. Üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən paraüzgüçülük üzrə dünya seriyasının təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında 1 dəqiqə 58.36 saniyəlik nəticə göstərərək buna nail olub. Dünya rekordunu yeniləyən idmançımız yarışın final mərhələsinə vəsiqə qazanıb.Roman Saley, həmçinin 100 metr məsafəyə butterfly, klubumuzun digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında finala vəsiqəni təmin ediblər.