“Neftçi İdman Klubu”nun paraüzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medala sahib olub. Paralimpiyaçımız 50 metr məsafəyə arxasıüstə üzmə yarışlarında 27.96 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.Xatırladaq ki, üçqat paralimpiya çempionumuz daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl, 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə yarışlarında isə gümüş medala layiq görülüb.