3×3 basketbol üzrə dünya qadın seriyasında Astara mərhələsinin qrupları və təqvimi müəyyənləşib. Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, “Yuanda” klubu (Çin), Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və “Neftçi İdman Klubu” yer alıb.Turnirin reqlamentinə əsasən, ilk iki yeri tutmuş komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.”Neftçi İdman Klubu” ilk oyununu mayın 20-də saat 13:55-də Rumıniya yığmasına qarşı keçirəcək.