20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək. Yarışda 3×3 qadın millimizlə yanaşı, ikisi klub komandası olmaqla, ümumilikdə 12 komanda mübarizə aparacaq. Turnirdə Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığma komandaları, eləcə də Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubları da Dünya Qadın Seriyasında medallar uğrunda yarışacaq.Qeyd edək ki, 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və CBC Sport telekanalında canlı yayımlanacaq.