Futzal üzrə Azərbaycan kubokunda  yarımfinal mərhələsinin oyunları keçirilib.”Neftçi İdman Klubu”  bu mərhələdə  “Rəvan” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada inamla çıxış edən  təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb və finala vəsiqəni təmin edib.