Azərbaycan Texniki Universitetinin İdman Sarayında reallaşan qılıncoynatma üzrə Bakı şəhər birinciliyi sona yetib. Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 101 idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun təmsilçisi Ayxan Xasıyev sablyaçı oğlanların mübarizəsində inamla çıxış edərək paytaxt birinciliyinin bürünc medalına layiq görülüb.