“Neftçi İdman Klubu”nun paraatleti Səid Nəcəfzadə İsveçrənin Notvil şəhərində keçirilən Qran-pri turnirində qızıl medala sahib olub. Paralimpiyaçımız  uzunluğa tullanma yarışında 7,06 metr nəticə göstərərək bu uğura nail olub.Xatırladaq ki, Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmışdı.