“Neftçi İdman Klubu”nun cüdoçusu Gültac Məmmədəliyeva  Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirində mükafata layiq görülüb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız bürünc medal uğrunda mübarizədəispaniyalı Ariane Toro Soleri məğlubiyyətə uğradıb və fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, Qran-pri yarışı mayın 27-də başa çatacaq.