Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunan yarışda ölkənin şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet körpücük üzərinə çıxıb.”Neftçi İdman Klubu”nun yetirməsi Nigar Əliyeva (55 kq) birincilikdə inamla çıxış edərək böyük uğura imza atıb. Belə ki, xanım idmançımız birdən qaldırma hərəkətində 35, təkanla qaldırma hərəkətində isə 45 kiloqram ağırlığın öhdəsindən gəlib (iki hərəkətin cəmində 80 kq)  və Azərbaycan çempionu adını qazanıb.