“Neftçi” klubu 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində final oyununa çıxıb. Komandamız həlledici qarşılaşmada Hollandiya millisi ilə üz-üzə gəlib. Böyük əzmkarlıq nümayiş etdirərək güclü rəqibini 20:12 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin qalibi olub.Xatırladaq ki, A qrupunda yer alan komandamız yarışın ilk günündə Rumıniya millisi (20:11), Türkiyə yığması (21:7) və  Almaniya seçməsi (16:14) üzərində möhtəşəm qələbələr qazanmış və qrup lideri kimi yarımfinala vəsiqəni təmin etmişdi.